![](https://azedu.az/uploads/news/2024/02/azedu.az_0dd6de3f-b83e-43cf-80bb-dc654c8ef882_439.jpg)
Cəlilabadda 4 saylı orta məktəbin şagirdləri arasında baş verən bıçaqlanma hadisəsinin təfərrüatları bəlli olub.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, zarafatlaşan iki gəncin söhbəti bıçaqlanmayla yekunlaşıb:
İdarədən bildirildi ki, “10 fevral 2024-cü il tarixində Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Baxışəliyev Həsən Ağamir oğlu yaşadığı ərazinin yaxınlığında şəxsi təsərrüfatlarına aid qoyunları otararkən bıçaqlanıb. Şagird Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müayinəsi zamanı şagirdin iki kəsilmiş və deşilmiş bıçaq yarası aldığı müəyyən edilib. Aparılmış ilkin istintaq zamanı H. Baxşəliyevin onunla eyni məktəbdə, paralel sinifdə təhsil alan IX sinif şagirdi Sarıyev Əli Mehman oğlu tərəfindən bıçaqlandığı aşkarlanıb.
Dindirilmə zamanı onların birlikdə qoyun otardıqları və aralarında olan zarafatın uyğun olmayan ifadələrlə əvəz edilməsi nəticəsində Ə. Sarıyevin hadisəni törətdiyi məlum olub. Hazırda bıçaqlanan şagird palataya köçürülüb və həyati təhlükəsi yoxdur. Digər şagird isə aidiyyəti üzrə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumat üçün qeyd edək ki, şagirdlərin təhsil aldığı təhsil müəssisəsi beşgünlük iş rejimi ilə çalışır və hadisə dərs vaxtı baş verməyib”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)