![](https://azedu.az/uploads/news/2024/02/azedu.az_1526118895_02_748.jpg)
Təhsil almaq, elmə, cəmiyyətə fayda vermək, tarixdə iz qoya bilmək böyük addımdır. Ancaq bu yolda “ilk”lərə imza atmaq bundan da cəsarətli işdir.
AzEdu.az Təhsil Portalı tarixdə ilkə imza atan şəxslərlə bağlı davamlı məlumat verir.
İlk ali təhsilli azərbaycanlı qadın Nigar Şıxlinskaya olub. O həm də ilk azərbaycanlı şəfqət bacısı kimi tarixə düşüb.
Nigar Şıxlinskaya 1871-ci ildə Tiflisdə anadan olub. O, Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. N.Şıxlinskaya rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.
O, Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. O, vaxt Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora "Şıxlinski xəstəxanası" deyirlərmiş.
Bundan əlavə Nigar Şıxlinskaya 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Sonrakı illərdə Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti"nin banisi olur. O, həmçinin məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.
"Yeni fikir" qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. O əsasən dilimizi qorumaq üçün"Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik",- deyirdi.
Nigar Şıxlinskaya Əliağa Şıxlinskinin həyat yoldaşı idi. Şıxlınski Nigar xanımdan 11 il sonra vəfat edir. Bu 11 il ərzində isə hər cümə axşamı günündə Nigar xanımın qəbrini ziyarət edirdi. Generalın 4 vəsiyyəti var və bu 4 vəsiyyətin dördündə də qeyd edir ki, məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz. Əliağa Şıxlınski də elə Nigar xanımın vəfat etdiyi ayda 1942-ci ilin avqust ayında vəfat edir və Nigar xanımla yanaşı dəfn olunur.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)