Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-07 11:35:28
Azərbaycanlı diplomat ağır xəstəlikdən vəfat edib

Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

 

XİN-in "X" səhifəsində bildirilib ki,  "Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!". 
 
Qeyd edək ki,  Elşən Abduləzimov Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi olub. O, Prezident İlham Əliyevin Sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.