Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 17:30:00
Ali təhsillilərin iş öyrənmək üçün gəldikləri  "ümid sığınacaqları" - Peşə tədrisi müəssisəsindən fotolar

Oktyabrın 22-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda seminar keçirilib.

Media nümayəndələri mərkəzin infrastrukturu və maddi texniki bazası ilə yaxından tanış olublar.  Bildirilib ki, cari tədris ilindən fəaliyyətə başlayan mərkəz 3 mərtəbədən ibarətdir və müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Hazırda təhsil ocağında 5 ixtisas (elektrik, mexanik, santexnik, tikişçi və kompüter operatoru) üzrə 100 tələbə təhsil alır.

AzEdu.az Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzindən fotoları təqdim edir:

Foto:İsmət Paşa