Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 16:47:17
AzMİU - da imtahandan kənarlaşdırılan tələbələrin aqibəti necə olur? - SORĞU

Məlum olduğu kimi, ali təhsil müəssisələrində qış imtahan sessiyası yekunlaşmaq üzrədir.

 

Maraqlıdır, semestr imtahanlarında nizam-intizamı pozan tələbələrin aqibəti necə olur?

 

AzEdu.az-a danışan  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nicat Abdullayev qeyd edib ki, semestr imtahanında təlim-tərbiyə qaydalarını pozan tələbələrə qaydalara əsasən tədbir görülür:  

 

“Bu tədbirlər nəticəsində  həmin tələbə imtahandan  uzaqlaşdırılır və bu onun üçün kəsr hesab olunur. Təbii ki, tələbə universitetdən uzaqlaşdırılmır. O, növbəti semestr imtahan verərək kəsrini bağlaya bilər”.

 

N.Abdullayev bildirib ki, imtahan qaydalarını pozan tələbələrə güzəştin olunması müzakirə mövzusu deyil:

 

“Çünki həmin tələbə daxili nizam-intizam qaydasını pozur. Universitet təkcə təhsil deyil, həm də tərbiyə müəssisəsidir. Əgər burada müəyyən qaydalar qoyulursa, bu mütləq şəxsiyyətin yetişdirilməsi və təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Bu qaydalar pozulanda sistemdə boşluqlar yaranmış olur və təbii ki, bunun qarşısı alınmalıdır. Bunun üçün müvafiq addımlar atılır”.