Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-02 14:19:14
Özbəkistanda müəllimlərin statusu haqqında qanun qüvvəyə minib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Müəllim statusu haqqında” qanunu imzalayıb.

 

AzEdu.az Özbəkistan mediasına istinadla xəbər verir ki, qanun müəllimlərin hüquqlarını, vəzifələrini, təminatlarını, əməklərinə uyğun maaşların ödənilməsini, həvəsləndirmə və sosial müdafiə prinsiplərini müəyyənləşdir.

 

Sənəddə pedaqoji etika qaydaları, müəllimlərin hazırlığı, ixtisasartırma standartları, həmçinin müəllimlərin attestasiyası da öz əksini tapıb. Müəllimlərə münasibətdə bir sıra qadağalar müəyyən edilib. Buraya müəllimlərin əsas işinə aid olmayan fəaliyyətlərə cəlb olunması və peşə fəaliyyətinə maneçilik hallarının qarşısının alınması daxildir.

 

Qeyd edək ki, Özbəkistanda 10 mindən çox ümumi təhsil müəssisəsində 700 minə yaxın müəllim çalışır.