Azedu.az

Abituriyentlərə VACİB xəbərdarlıq: Kimlər ixtisas seçiminə buraxılmayacaq?

İmtahanlar və qəbul məsələləri

11 İyul 2026, 09:43
Abituriyentlərə VACİB xəbərdarlıq: Kimlər ixtisas seçiminə buraxılmayacaq?

12 iyul tarixində keçiriləcək I və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci cəhdindən sonra ali təhsil müəssisələrinə ixtisas seçiminə çox az vaxt qalacaq.

Abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri də kimlərin ixtisas seçimi müsabiqəsində iştirak hüququ qazanacağıdır.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, müsabiqəyə buraxılma şərtləri aşağıdakı kimidir:

I ixtisas qrupu

Ümumi balı 200, ikinci mərhələ üzrə balı 100 və daha yüksək olan abituriyentlər müsabiqədə iştirak edə bilərlər.

"Riyaziyyat", "Fizika" və "Kompüter elmləri" ixtisaslarında isə ümumi bal 250, ikinci mərhələ üzrə bal 100 olmalıdır.

Dövlət universitetlərinin (ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti və Türkiyə-Azərbaycan Universiteti istisna olmaqla) ingilisdilli ixtisaslarını seçmək istəyənlər buraxılış imtahanında ingilis dili üzrə nisbi baldan ən azı 40 toplamalıdırlar.

"Meliorasiya mühəndisliyi", "Texnologiya müəllimliyi" və "Ekologiya mühəndisliyi" ixtisaslarının ödənişli yerləri üçün minimum hədd: ümumi bal -150; ikinci mərhələ - 50

"Aqromühəndislik", "Aqronomluq", "Balıqçılıq", "Meşəçilik", "Şərabçılıq", "Torpaqşünaslıq və aqrokimya", "Yerquruluşu və daşınmaz əmlakın kadastrı", "Zoomühəndislik", həmçinin ADAU-da "Meliorasiya mühəndisliyi" üzrə həm dövlət sifarişi, həm də ödənişli yerlər üçün minimum hədd: ümumi bal - 150; ikinci mərhələ - 50

II ixtisas qrupu

Ümumi bal 200, ikinci mərhələ üzrə bal 100 olmalıdır.

Dövlət universitetlərinin (ADA Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) ingilisdilli ixtisasları üçün buraxılış imtahanında ingilis dili üzrə nisbi bal 40 tələb olunur.

"Marketinq", "Biznesin idarə edilməsi", "Turizm bələdçiliyi" və "Turizm işinin təşkili" ixtisaslarının ödənişli yerləri üçün: ümumi bal - 150; ikinci mərhələ - 50

III ixtisas qrupu

Ümumi bal 200, ikinci mərhələ üzrə bal 100 olmalıdır.

Dövlət universitetlərinin (ADA Universiteti istisna olmaqla) ingilisdilli ixtisasları üçün ingilis dili üzrə nisbi bal 40 tələb edilir.

"Tərcümə (dillər üzrə)", "Filologiya (xarici dil və ədəbiyyatı üzrə)", "Xarici dil müəllimliyi (dillər üzrə)" və "Beynəlxalq münasibətlər" ixtisaslarını seçmək istəyənlər buraxılış imtahanında xarici dil üzrə nisbi baldan ən azı 40 toplamalıdırlar.

"Muzey, arxiv işi və abidələrin qorunması", "Sosial iş" və "Regionşünaslıq (regionlar üzrə)" ixtisaslarının ödənişli yerləri üçün: ümumi bal -150; ikinci mərhələ - 50

IV ixtisas qrupu

Ümumi bal 200, ikinci mərhələ üzrə bal 100 olmalıdır.

Dövlət universitetlərinin (Sumqayıt Dövlət Universiteti istisna olmaqla) ingilisdilli ixtisasları üçün ingilis dili üzrə nisbi bal 40 tələb olunur.

"Ekologiya" ixtisasının ödənişli yerləri üçün: ümumi bal-150; ikinci mərhələ – 50

"Bağçılıq və tərəvəzçilik", "Baytarlıq təbabəti", "Bitki mühafizəsi" və "Su bioehtiyatları və akvakultura" ixtisasları üzrə həm dövlət sifarişi, həm də ödənişli yerlər üçün: ümumi bal -150; ikinci mərhələ -50

V ixtisas qrupu

V ixtisas qrupu üzrə müsabiqədə qabiliyyət imtahanının yekun nəticəsi və qəbul imtahanında toplanmış ümumi bal DİM-in müəyyən etdiyi tələblərə uyğun olan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, blok imtahanında 100 bal həddini keçə bilməyən abituriyentlər yalnız 150 ballıq ixtisaslar üzrə seçim edə bilərlər. Bunun üçün onların ümumi balı minimum 150, blok imtahanı üzrə nəticəsi isə ən azı 50 bal olmalıdır.

Azərbaycanlıların idarə etdiyi gəmi VURULDU - 7 nəfər insan...
Son xəbərlərDaha çox