
2018-03-20 09:47:22
Məktəblərarası robotexnika olimpiadasının finalı keçirilib
Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə məktəblilər arasında keçirilən LEGO Sumo robototexnika olimpiadasının final yarışları keçirilib.
AzEDU.az Xəbərlər.az-a istinadən məlumat verir ki, olimpiadaya paytaxt məktəblərinin şagirdləri ilə yanaşı, Gəncə, Şirvan, Ağdaş, Şəki və Sumqayıtdan olan 100-dək region məktəbliləri də qatılıblar.
Olimpiadanın birinci mərhələsində iştirakçılara robotların yığılması və proqramlaşdırılması ilə bağlı təlimlər keçilib. Robotların ilkin yarışmasından sonra 12 məktəbli 6 komanda şəklində finala vəsiqə qazanıb.
Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçirilib. Hər bir komanda Qərbi Kaspi Universiteti tərəfindən verilən LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlayıb və robotunu döyüşə çıxarıb.
Olduqca maraqlı və gərgin keçən final döyüşlərindən sonra olimpiadanın ən yaxşı üçlüyü məlum olub. Qaliblərə pul mükafatı və bütün iştirakçılara hədiyyələr təqdim olunub.
Robototexnika olimpiadasının keçirilməsində məqsəd məktəblilər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə əmək bazarında tələbatın artdığı robototexnika mühəndisliyinin təbliği, şagirdlərdə bu sahəyə marağın artırılmasıdır.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti cari tədris ilindən etibarən mühəndis ixtisasları üzrə kadr hazırlığı aparır, universitetdə bu ixtisasların yüksək səviyyədə tədrisi üçün müasir laboratoriya və mərkəzlər, eyni zamanda Yüksək Texnologiyalar Parkı qurulub.
Bu bölməyə aid digər xəbərlər
Modul tipli məktəblərin sayı artırılır
2022-05-17 17:24:00
Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb
2022-05-17 16:12:00
“Şuşada bir gün” mövzusunda festival keçirilib
2022-05-16 13:10:00
210 nömrəli məktəbin girişlərindən birinin bağlanması haqda yayılan xəbərlər həqiqətə uyğun deyil-Direktordan açıqlama
2022-05-14 13:30:00
I siniflərə qeydiyyat zamanı yaşanan ciddi problem – Necə həll etməli?-TƏKLİF
2022-05-10 17:08:00
Region məktəbliləri üçün internet təhlükəsizliyi mövzusunda maarifləndirici təlimlər keçirilir
2022-05-09 12:47:00
Bu gündən birinci sinifə şagird qəbulu üzrə məktəb seçimi başlayır-DİQQƏT
2022-05-06 09:24:00
“Təhsilə Dəstək Mərkəzi” məcburi köçkün məktəblərində bu mövzuda sessiya keçirib
2022-05-05 10:47:00
"Məktəbdə bomba var" deyən şəxs ruhi xəstə imiş
2022-05-04 11:00:00
Kürdəxanı sakini: "Övladlarımızın, nəvələrimizin müasir məktəbdə təhsil alacaqlarına sevinirəm"
2022-05-03 13:40:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
2022-05-12 16:31:00
Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz-DİQQƏT

2022-05-10 17:23:00
Məktəbdə tədris olunan bu fənlər birləşdirilə bilər - TƏHLİL

2022-05-13 14:10:00
Sertifikasiyada Azərbaycan dili fənnindən suallar bu MÖVZULARDAN düşəcək

2022-05-12 13:14:00
“Müəllimlər sertifikasiyaya BU vəsaitdən hazırlaşmalıdırlar” – Direktor AÇIQLADI

2022-05-11 12:41:00
Buraxılış imtahanalarının Respublika birincisi: “Nəticəmlə bütün ölkədə fərqlənmək istəyirdim”-FOTOLAR

2022-05-12 13:26:00
Sertifikatlaşdırılmaya ilk olaraq bu MÜƏLLİMLƏR cəlb ediləcək

2022-05-16 17:02:00
İmtahanların apellyasiya nəticələri AÇIQLANDI- 668 şagirdin qiymətində dəyişiklik EDİLDİ

2022-05-16 09:36:00
Sertifikasiyada məzmun sahələri üzrə mövzular – İbtidai SİNİF

SORĞU
FACEBOOK