![](https://azedu.az/uploads/news/2024/01/azedu.az_003-24.01.2024-2_390.jpg)
Xəbər verdiyimiz kimi bu gün paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesindəki yeniliklə bağlı 7 saylı “ASAN xidmət” mərkəzində vətəndaş müraciətlərinin cavablandırılması müşahidə edilib.
Valideynlər birinci sinfə qəbulla bağlı onları maraqlandıran sualları “ASAN xidmət” işçilərinə ünvanlayıblar.
Bəs, görəsən vətəndaşlar bu xidmətlərdən nə qədər razıdırlar?
AzEdu.az Təhsil Portalı bir neçə vətəndaşdan müsahibə alıb.
Valideyn Lamiyə Axundova bildirib ki, övladı bu ilin sentyabr ayında birinci sinfə qəbul olacaq:
"Başqa ərazidə qeydiyyatdayam, lakin kirayədə yaşadığım üçün övladımı qaldığımız ərazidəki məktəbdə qeydiyyatdan keçirib, keçirə bilməyəcəyim barədə məlumat almaq istəyirdim. Çox təşəkkür edirəm ki, işçilər sualımı cavablabdırdılar. “ASAN xidmət”in bu kimi üstünlüklərinin olması biz vətəndaşların işlərinin daha operativ həllində müstəsna rol oynayır".
Digər valideyn Novruzova Aysel bildirib ki, “ASAN xidmət”ə müraciəti bağçaya qeydiyyatla bağlıdır:
"Ancaq işimlə əlaqədar övladımı özüm aparıb-gətirəcəyim üçün başqa ərazidə qeydiyyatdan keçirə bilmirəm. İstəyərdim ki, təkcə qeydiyyatda olduğumuz ərazidə deyil, başqa ərazilərdə də övladımı məktəbdə qeydiyyatdan keçirə bilim. Bu barədə “ASAN xidmət”in işçilərindən məlumat aldıq. Ölkəmizdə vətəndaşların müracitələrinə baxılması üçün bu cür şəraitin yaradılması sevindirici haldır".
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)