Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-21 12:17:33
Azərbaycan aliminin məqalələri Şərq ölkələrində yayımlanıb

Azərbaycan həqiqətlərini mütəmadi olaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi dosent Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqalələri bir sıra Şərq ölkələrində yayımlanıb.

 

 

Bu barədə AzEdu.az-a Şərqşünaslıq İnstitutundan məlumat verilib.

 

 

Bildirilib ki, şərqşünas alimin “20 Yanvar faciəsinin Azərbaycanın istiqlaliyyət və azadlıq tarixində rolu” başlıqlı məqaləsi İraqda çıxan “Türkmən eli: ədəbiyyat və incəsənət” jurnalının 190 və 191 saylarında ərəb dilində dərc olunub.

 

 

S.Talıblının türk dilində “20 Yanvar faciəsi: Azərbaycan xalqının azadlıq və müstəqillik mücadiləsi” sərlövhəli məqaləsi isə Türkiyənin bir sıra saytlarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb.

 

 

Həmçinin alimin “1990-cı il 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik və azadlığına yol” adlı məqaləsi Özbəkistanda turkona.uz/ saytında özbək və rus dillərində yayımlanıb.

 

 

Müəllif məqalələrdə 20 Yanvar faciəsi, onun başvermə səbəbləri barədə ətraflı məlumat verib.