Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-20 08:53:12
"Dünyanın ən yaxşı müəllimi" adını qazandı - Türk dünyasında ilk
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Klintonun təsis etdiyi beynalxalq fond tərəfindən təşkil olunan “Dünyanın ən yaxşı 50 müəllimi” yarışmasında Türkiyənin Samsun Ayvacık orta məktəbinin müdiri Nurten Akkuş ilk 10-luğa girməyi bacarıb. 
 
AzEDU.az xarici KİV-lərə istinadən xəbər verir ki, 11 illik müəlimlik təcrübəsi olan Nurten Akkuş yarışmaya keçən il baş vurub.  Ötən gecə Dubayda  keçirilən finalda isə biriciliyi qazana bilməyib. 
Türk müəllimə şagirdlər üçün bir çox faydalı layihələrə imza atıb. “Oyuncaq qumbarası” layihəsi çərvivəsində toplanan oyuncaqlar ucqar kəndlərdəki uşaqlara paylanılıb. “Ata, mənə bir nağıl danış” layihəsində atalar həftənin müəyyən günlərində məktəbə gələrək uşaqlara nağıllar oxumağa başlayıblar. Nurten müəllimənin bu kimi bir çox layihəsi onu nəinki Türkiyədə, dünyada da tanıtmağı bacarıb.
 
Qeyd edək ki, Akkuş dünyanın ən yaxşı müəllimləri arasına girməyi bacaran ilk türk dünyasından olan qadındır. 
 
Nəzrin  Rüstəmova