Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-11 11:43:22
AMEA-nın yeni embleminin hazırlanması üçün müsabiqə elan edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müasir elmi çağırışlara, informasiya cəmiyyətinin tələblərinə cavab verən loqotipinin - embleminin yenidən hazırlanması zərurəti yaranıb. Bunu nəzərə alaraq AMEA Rəyasət Heyətinin növbəti iclasında akademiyanın loqotipinin - embleminin hazırlanması üçün müsabiqə elan edilməsi ilə əlaqədar qərar qəbul olunub.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Müsabiqənin şərtləri AMEA-nın saytında yerləşdirilib.