Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-10 12:24:35
Masallıda iki gənc qəzada ölüb

Masallıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Daxili İşlər Nazirliyindən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, ötən gecə saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub.

 

Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.