Azedu.az

BŞTİ-yə noyabrda 15 890 müraciət daxil olub

Maraqlı

Müəllimlər və elm adamları

4 Dekabr 2023, 10:20
BŞTİ-yə noyabrda 15 890 müraciət daxil olub

Noyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 15 890 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

AzEdu.az xəbər verir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 152 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 237 müraciət daxil olub.

 

BŞTİ-yə 2 939 sənəd (vətəndaşlar tərəfindən 1 568 ərizə, Elm və Təhsil Nazirliyindən 409, digər qurumlardan 236, tabelikdə olan təhsil müəssisələrindən 437 məktub və 289 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 562 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Ermənistanda şok hazırlıq - Bu halda Azərbaycanla müharibə başlayır
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox