https://www.zirve.edu.az/
17.10.2018 17:23
AzEdu.az gənc müəllimlərin çoxsaylı xahişini yerinə yetirdi – “Ayın müəllimi” müsabiqəsində ən böyük problemdən yazacaqlar
Çap et

AzEdu.az müəllimlərin çoxsaylı istəklərini nəzərə alaraq  “Ayın müəllimi” müsabiqəsinin ikinci mövzusunu dəyişiklik edir.

MÖVZU –  “Gənc müəllimlərin üzləşdiyi çətinliklər”– ev və yol problemi”

Məqalələrin qəbulu bu gündən başlayır.

Son tarix: 27 oktyabr, saat 00:00

Yazı göndərmək istəyən müəllimlərdən xahiş olunur ki, məqalələri “worddocument” və ya "pdf" şəklində, 1 A4 səhifəsindən az olmamaq şərtilə,  [email protected] ünvanına yollasınlar. Yazıların hansı janrda yazılmasının heç bir fərqi yoxdur.

Məqaləni yollayarkən "subject" hissəsinə mövzunun adını, yəni “…..”  yazmağınız lazımdır. Mətnin içində isə ad, soyadınız, çalışdığınız təhsil müəssisəsi və vəzifənizi (hansı fənni tədris etdiyinizi), eyni zamanda əlaqə nömrənizi qeyd etməyinizi xahiş edirik.

İlkin olaraq, bizə göndərilən yazılar ekspertlər tərəfindən yoxlanıb, qiymətləndiriləcək.Seçilən ən yaxşı 10 yazı AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Qeyd edək ki, əvvəl elan olunan “Diaqnostik qiymətləndirmə: çatışmazlıqlar və iradlar ” mövzusundakı yazıların qəbulu növbəti aylarda davam edəcək. Bizə bu mövzuda göndərilən yazılar da həmin müsabiqə vaxtında dəyərləndiriləcək.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: İ[email protected]
mobil tel. : 055 329 4878
WhatsApp: 055 329 4878
Facebook: https://www.facebook.com/azedu.az