![](https://azedu.az/uploads/news/2023/11/azedu.az_azedu.az_school_170118_03_290_660.jpg)
AzEdu.az Ombudsman Aparatına istinadən xəbər verir ki, Sumqayıt şəhər İnternat Tipli Gimnaziyada keçirilmiş monitorinq zamanı 280 şagird yerlik müəssisədə sıxlığın yaşandığı, 720 uşağın qeydiyyatda olduğu müəyyən edilib.
Bildirilib ki, məktəb yataqxanasında 30 məcburi köçkün ailəsinin məskunlaşması da sıxlığa təsir edən amillərdəndir.
Qeyd edilib ki, müəssisənin, xüsusilə də onun yataqxanasının təmirə əsaslı ehtiyacı olduğu, hamam otağının olmadığı, işıqlandırma ilə bağlı məsələnin təkmilləşdirilməsinə zərurət olduğu müəyyən edilib.
“Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin xüsusi dərs vəsaitləri ilə təmin edilməsində çətinliklər aşkar olunub. Müəssisə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulsa da, infrastrukturun müyəssərliyinin təmin edilmədiyi, pandusların quraşdırılmadığı, məktəbin yeməkxanasında havalandırma sisteminin olmadığı müşahidə edilib.
Monitorinqlər çərçivəsində uşaqlarla görüş keçirilib, onlara Ombudsmana müraciət imkanları və üsulları barədə məlumat verilib.
Yekunda müəssisə rəhbərləri ilə söhbətlər aparılıb, çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib, eyni zamanda, hər üç müəssisənin nizamnaməsinin yenilənməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət olunacaq”
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)