![](https://azedu.az/uploads/news/2023/11/azedu.az_406576767_1436524216905053_2645356362434918024_n_708.jpg)
2023-11-29 12:27:50
“Vüsal hicrandan acıymış” sənədli filminin təqdimatı olub
Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr edilmiş “Vüsal hicrandan acıymış” sənədli filminin təqdimatı keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, təqdimat mərasimində LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti, rayon rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyətin bütün təbəqələrinin təmsilçiləri iştirak edib. Mərasimə toplaşanlar ilk əvvəl mərkəzin foyesində şəhid baş leytenantın döyüş fəaliyyətini əks etdirən rəsm əsərlərinə, kitab və jurnallara baxış keçirib, ömür yolu ilə tanış olublar.
Təqdimat mərasimi vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan xaqlqını Zəfərə aparan yolun Vüsal Kazımov kimi igidlərin şəhadətindən keçdiyini, illər, qərinələr keçsə də onların müqəddəs xatirələrinin qədirbilən Azərbaycan xalqı tərəfindən heç zaman unudulmayacağını, zaman-zaman ehtiramla anılacağını deyib. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın tam Zəfərə nail olduğunu, 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızın nəhayət ki, bu il işğaldan azad olunduğunu, Xankəndində 3 rəngli Azərbaycan bayrağının dalğalandığını şəhidlərin intiqamı kimi dəyərləndirib. Bildirib ki, nə qədər ki, müstəqil Azərbaycan var, şəhid ailələri də daim dövlətin diqqətində olacaqlar, onlara olan ehtiram və məhəbbət heç vaxt əskilməyəcək.
Tədbirdə Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov, şəhid Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova, filmin yaradıcısı Çinarə Ömray çıxış edərək şəhidlə bağlı xatirələrdən söz açıblar.
Çıxışlardan sonra “Vüsal hicrandan acıymış” sənədli filminin təqdimatı olub. Filmdə şəhid baş leytenat Vüsal Kazımovla bağlı doğmalarının, dostlarının, tələbə yoldaşlarının, cəhbədəki silahdaşlarının xatirələri yer alıb.
Sonda şəhidin atası, LDU-nun sosial məsələlər üzrə prorektoru, prof. Kamran Kazımov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və diqqətdən danışıb, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova daim şəhid ailələrinin yanında olduğuna görə bütün şəhid valideynləri adından minnətdarlıq edib. Prof. Kamran Kazımov tədbirin təşkilatçılarına, iştirakçılarına, Çinarə Ömray başda olmaqla sənədli filmi ərsəyə gətirən yaradıcı qrupa ailəsi adından təşəkkürünü bildirib.
Bu bölməyə aid digər xəbərlər
Qarabağ Universitetinə kafedra müdiri təyin olunub
2024-07-26 15:31:00
AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir
2024-07-26 13:47:38
UNEC məzunu: “4 ildə 2 diplom uğura aparan yolun başlanğıcı oldu”
2024-07-23 16:44:00
Yedditəpə kurqanlarından nümunələr götürülüb
2024-07-21 17:48:00
Avropa Universitet Oyunlarında badmintonçularımız Macarıstana qalib gəlib
2024-07-21 15:44:33
Diplomların verilməsi niyə gecikir?- Universitetlərdən AÇIQLAMA
2024-07-17 11:31:40
Tələbələr şahmat oyunlarında 17 komanda arasında birinci olublar
2024-07-13 15:10:00
Bu ölkədə məktəblərdə telefon qadağan edilir
2024-07-13 14:20:00
Qarabağ Universitetində müəllim vakansiyaları var
2024-07-13 12:02:25
PMS imtahanının I mərhələsi keçiriləcək
2024-07-12 10:27:39
kitabı
ÇOX OXUNANLAR
19 İyul 2024, 11:39
Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
22 İyul 2024, 14:05
MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
18 İyul 2024, 14:33
MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
19 İyul 2024, 12:49
"Abituriyent" jurnalının 3-cü nömrəsi nəşr edilib
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
19 İyul 2024, 19:55
700 balı o TOPLADI
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
19 İyul 2024, 22:02
Vunderkind: 700 bal toplayacağıma inanırdım
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
20 İyul 2024, 12:42
Masallıda 94 məzun fərqlənmə attestatı alıb
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
19 İyul 2024, 11:34
Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)
FACEBOOK