Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-28 11:59:08
Agentlik: Şagirdlərin repetitor yanına getmələri üçün kütləvi yerdəyişmə etdikləri məktəblər nəzarətdə saxlanılır

Yuxarı siniflərdə şagirdlərin dərsdən yayınaraq repetitor yanına getmələri üçün kütləvi yerdəyişmə etdikləri məktəblər daim nəzarətdə saxlanılır.

 

Azedu.az  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

 

O bildirib ki, yalnız ötən il bir neçə müəssisə rəhbəri və buna məsul olan şəxs cəzalandırılıb:

 

"Uşaqların dərsə davamiyyəti ilə bağlı aylıq əsasda bununla bağlı hesabatlar toplanılır və müvafiq tədbirlər görülür".