Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 17:40:14
Nazir Şəki məktəblərində olub

Noyabrın 27-də elm və təhsil naziri Emin Əmrullayev şimal-qərb bölgəsinə səfəri çərçivəsində Şəki rayonunun bir sıra məktəblərində olub. 

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, Şəki şəhəri 11 nömrəli və Baltalı kənd tam orta məktəblərinin şagird-müəllim kollektivi ilə görüşən elm və təhsil naziri tədris prosesini izləyib, məktəbdə yaradılmış şəraitlə tanış olub. 

 

Valideynlərlə də görüşən nazir onların təkliflərini dinləyib.