Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-21 16:51:35
BMU-da təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) "Təhsildən biznesə: tələbələr üçün karyera yolu" adlı növbəti praktiki təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbir universitetin Müəssisələrlə əlaqələr və karyera departamenti, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA, Marsol Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

 

Təlimdə “SG Logistics” şirkətinin rəhbəri Hicran Novruzov, “Arter” şirkətinin direktoru Anar Nəbiyev, “Caspian Energy Group” şirkətinin direktoru Natiq Aydayev, “Sirab Satış və Dağıtım” MMC-nin direktor müavini Sərkərdə Sərxanoğlu və “Marsol Group” İdarə heyətinin üzvü Bilal Qasımlı çıxış ediblər.

 

Təmsil etdikləri şirkətlərin missiyası, hədəfləri və fəaliyyət istiqamətləri haqda ətraflı məlumat verən natiqlər iş dünyasına daxil olmağın, sevdikləri sahədə peşəkara çevrilməyin sirlərini, həmçinin bu sahədə qazandıqları təcrübəni tələbələrlə paylaşıblar.

 

Çıxışlarda liderlik qabiliyyəti və bu sahədə şəxsi potensialın kəşf edilməsi, çətinliklər qarşısında ruhdan düşməmək, fərdi inkişafın doğru istiqamətləndirilməsi, məqsəd və hədəflərin düzgün təyin olunması, müvafiq sahələrdə bilik və bacarıqların təkmilləşdirilməsinin vacibliyi və s. məsələlər vurğulanıb.

 

Çıxışlardan sonra qonaqlar təlim iştirakçıları ilə fikir mübadiləsi aparıb, onların suallarını ətraflı cavablandrıblar.

 

Qeyd edək ki, təlimə BMU tələbələri ilə yanaşı, “Marsol Group” tərəfindən icra olunan “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları da qatılıb.