Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 09:54:59
Riyaziyyatçı alimin monoqrafiyası “Springer” nəşriyyatında çapdan çıxıb

Fizika–riyaziyyat elmləri doktoru, Əməkdar Elm Xadimi, akademik Məhəmməd Mehdiyevin “Elastiki örtüklərin rəqsləri” monoqrafiyası dünyanın nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” tərəfindən çap olunub.

AzEDU.az Azərtac-a istinadən xəbər ki, ingilis dilində yazılmış monoqrafiyada nano və meta materiallara dair yüksək texnoloji sahələr də daxil olmaqla, müasir texnologiyada meydana gələn mühəndislik qurğuları üçün müxtəlif təqribi dinamik modellərin təkmilləşdirilməsindən bəhs edilir.

Nəşrdə geniş tezlik diapazonunda vibrasiya spektrinin təsnifatı təklif olunur, nazik divarlı örtüklər üçün mövcud olan ikiölçülü nəzəriyyələrin tətbiqolunma sahəsi müəyyənləşdirilir. Eyni zamanda, örtük və lövhələr üçün bütün mümkün olan sərhəd məsələləri nəzərdən keçirilir.