Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-31 09:57:00
Gəncə-Daşkəsənin “Örnək müəllimlər”i

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Gəncə-Daşkəsən regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz: 

 

1. Zümrüd Hüseynova - M.Ə.Sabir adına  5 nömrəli li tam orta məktəbin İbtidai sinif müəllimi;

2. Əsli Aslanova - M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin Riyaziyyat- İnformatika müəllimi;

3. Laura Nəzərova -7 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

4. Xatirə Əliyeva -17 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

5. Nailə Əliyeva - M.Ş.Vazeh adına 16№-li tam orta məktəbin İbtidai sinif müəllimidir;

6. Rəksanə İsgəndər - Daşkəsən qəsəbə ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi;

7. Elnurə Nağıyeva - İnsititut qəsəbə tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi;

8. Nurcahan Abbasova -Texniki və Təbiət Fənləri Təmayüllü Liseyinin Azərbaycan dili və Ədəbiyyat müəllimi;

9. Sevinc Bəxşəliyeva - Qızılhacılı 2 nömrəli M.Dosiyev adına tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi;

10. Elşad Rəşidov - Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin Tarix - Coğrafiya müəllimi.