Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 11:40:41
DİM - dən yeni bir əməkdaşlıq

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Agentliyin direktorunun birinci müavini Otabek Xasanov arasında görüş keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, görüşdə iki qurum arasında müəyyən bir müddətdir ki, uğurla davam edən əməkdaşlığa dair qarşılıqlı məmnunluq ifadə edilib və həyata keçirilən işlərin qurumlar arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyəti vurğulanıb.

 

 Agentlik nümayəndələrinin ötən ilin 23-27 may tarixlərində Azərbaycana işgüzar səfərindən danışan Otabek Xasanov səfər zamanı DİM-də baş tutan görüşlərdən də söhbət açıb.

 

Daha sonra Məleykə Abbaszadə testlərin keçirilməsi üzrə DİM-in geniş təcrübəsi, müxtəlif dövlət orqanları üçün keçirilən imtahanlar, DİM-in dövlət qulluğu istiqamətində hazırki fəaliyyəti və gələcəkdə nəzərdə tutulan işlər barədə məlumat verib.

 

Tərəflər dövlət qulluğuna istedadlı kadrların cəlb edilməsinin, bu sahədə qarşılıqlı əməkdaşlıqların önəmindən də bəhs ediblər.

 

Görüşdə tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, DİM və Agentlik aşağıdakı istiqamətlər üzrə təcrübə mübadiləsi aparmağı razılaşdırıblar:

 

  • təcrübə mübadiləsi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə tərəflərin və digər ölkələrin müvafiq orqanlarının nümayəndələrinin iştirakı ilə tematik seminar və konfransların keçirilməsi;

  • dövlət qulluğuna qəbul, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və dövlət qulluqçularının reyestrinin aparılması məsələləri üzrə təcrübə mübadiləsi;

  • kadrların idarə edilməsinin yeni üsul və texnologiyalarının və dövlət orqanlarının kadr bölmələrinin fəaliyyətinin öyrənilməsi;

  • kadr ehtiyatının yaradılması üçün liderlik və idarəçilik keyfiyyətlərinə malik gənclər arasında ən yaxşı liderlərin müəyyən edilməsi və dəstəklənməsi məqsədilə müsabiqənin keçirilməsi təcrübəsinin öyrənilməsi;

  • dövlət qulluğunda İKT-nin tətbiqi təcrübəsinin öyrənilməsi.

 

Qeyd edək ki, Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minib və 5 (beş) il müddətində qüvvədə olacaq.