https://www.zirve.edu.az/
19.03.2018 07:28
Azərbaycanlı alim Lütfi Zadə metodlarını avtomobil üzərində sınaqdan keçirdi - Açıqlama

“Uzun və gərgin çalışmalardan sonra nəhayət, Süni İntellekt metodlarının tətbiqini laboratoriya şəraitində ilk olaraq avtomobildə sınaqdan keçirdik.

Bu dəfə “Volkswagen AG Holding”inə aid olan “Audi AG” avtomobil firması bizə “Prototyp Audi Qx” modelini  həvalə etdi.

Layihə əslində, “Konzern”ə aid  layihədir və burada “Audi” ilə “Porsche”, həm də “Skoda” da yer tutur. Bəzi nəticələrimiz  şirkətə məxsus  “Bilgi” jurnallarda artıq dərc edilib”.

Bunu AzEDU.az-a açıqlamasında hazırda Almaniyada çalışan həmyerlimiz Pərviz Əmiraslanov bildirib.

Qeyd edək ki, P.Əmiraslanov Braunşvayq Texniki Universitetində Honorar olaraq tələbə və aspirantlar üçün mühazirələr verir, elmi seminarlar təşkil edir.

Alimin son işlərindən biri də Lütfi Zadənin əsasını qoyduğu Süni İntellekt  nəzəriyyəsini müxtəlif sənaye xidmətlərində tətbiq etməkdir. O, ictimaiyyətə açıqlamasında qarşıdakı işlərinin də bu istiqamətdə olduğunu bildirib:

“Yaxın zamanlarda bütün sınaqlarımız istədiyimiz nəticələri verəcəksə, layihənin sonuna qədər növbəti investisiya və yeni  intellektual texnologiya üzərində çalışmalarımızı davam etdirməyimiz planlaşdırılıb. 

Gələn həftədən böyük kollektivlə yenidən 4 həftəlik sınaq işlərimizə start verəcəyik. Sınaq üçün Norveç və İspaniya nəzərdə tutulub. Əslində, Süni İntellektin bizə yaratdığı imkanlar daha genişdir, amma,  problemlər də az deyil. Son işimizdə biz  öncə daha asan və ucuz elektronik paketlərdən istifadə etdik. Çox  vaxtımızı aldı, lakin, sonda bizə məlum olmayan faktorları öyrəndik. Hazırda üzərində işlədiyimiz alqoritmlər üstün bir texnologiyaya sahibdir və tətbiqi elə də asan deyil. Amma, buna ümidimiz böyükdür.

“İndiki sınaqlarımızı böyükhəcmli və çox bahalı “AI-Computerləri” vasitəsi ilə həyata keçirəcəyik. Bütün bu işlərimiz böyük və inanılmaz zəhmət hesabınadır”.

Elmin Nuri