Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 11:34:11
BŞTİ - də səfirlik nümayəndələri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

 

 AzEdu.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro, səfirliyin əməkdaşları və BŞTİ-nin struktur bölmə rəhbərləri iştirak ediblər.

 

Görüşdə ümumi təhsil sahəsində əlaqələrin mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran bir sıra müvafiq məsələlər müzakirə edilib. Bakı şəhəri 225 nömrəli tam orta məktəbdə yapon dilinin tədrisi məsələsinin perspektivlərindən söhbət açılıb.Azərbaycanla Yaponiyanı bir-birinə bağlayan mənəvi dəyərlər barədə danışılıb, “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” çərçivəsində təhsil müəssisələrində Yaponiya mədəniyyəti və dostluq əlaqələrinə həsr olunmuş tədbirlərin təşkili və paytaxt məktəblilərinin Yaponiya mədəniyyəti ilə yaxından tanış olmaları barədə məlumat verilib.