Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-28 12:12:00
Məktəbli çoban : “İnsanlara ziyan verən şəxsləri dünyadan təmizləmək istərdim”

Samux rayonu Çobanabdallı kəndində yaşayan Arzu Qədimov sosial şəbəkədə yayılan fotosu ilə gündəm olub.

 

6-cı sinif şagirdi olan Arzu qoyunların otlamasına nəzarət etməklə yanaşı dərsləri ilə də məşğul olur.

 

 

Bir gün içində fotosu ilə gündəm olmağı bacaran bu zəhmətkeş və həvəsli şagirdimizi yaxından tanımaq üçün onunla əlaqə saxladıq.

 

AzEdu.az-a müsahibə verən Arzu təhsili və gələcək xəyalları ilə bağlı danışdı:

 

 

- Arzu, qoyunları otarmağa gündəlik gedirsən, yoxsa vaxtın olanda ailənə kömək edirsən?

 

- Dərslərimi bitirdikdən sonra kömək etməyə çalışıram. Əgər hansısa tapşırığım qalıbsa, qoyunları otarmağa apardığım zaman orada edirəm.

 

- Məktəb dərslərini necə oxuyursan?

 

- Yaxşıdı, müəllimlərim məndən razıdırlar. Onlar həmişə deyir ki, yaxşı oxuyursan. Məndən razıdırlar.

 

- Hansı fənni daha çox sevirsən?

 

- Riyaziyyat, Azərbaycan dili və ingilis dili fənlərini çox sevirəm.

 

- Ən çox hansı müəllimini sevirsən? Bunun səbəbi nədi?

 

- Məktəbdə ən sevdiyim müəllim riyaziyyat müəllimim olan Nuranə müəllimdir. Bu fənni əvvəlcə Elmira müəllim tədris edirdi. Məktəbdəki tədris müddəti bitdikdən sonra getməli oldu. Yerinə isə Nuranə müəllim gəldi. Elə riyaziyyat fənnini də mənə sevdirən bu müəllimlərim olub.

 

- İdeal olaraq gördüyün bir şəxs var?

 

- Mən atam kimi olmaq istəmişəm. Çalışdığı peşə olaraq deyil, xarakter, mədəniyyət baxımından atama oxşamaq istərdim.

 

- Arzu, gələcəkdə hansı peşəyə yiyələnməyi planlaşdırırsan?

 

- Mən polis olmaq istəyirəm. Səbəbi haqqın, ədalətin bərqərar olmasıdır. İnsanlara ziyan verən şəxsləri dünyadan təmizləmək istərdim.

 

- Bizdə olan məlumata görə olimpiadada qalib olmusan. Bununla bağlı oxucularımıza məlumat verərdin zəhmət olmasa.

 

- Mən V sinifdə oxuyarkən Samux rayonu Çobanabadlı kənd tam orta məktəbində Məntiq olimpiadası keçirildi. Olimpiadadan qalib olaraq ayrıldım. O zamanlar ilk riyaziyyat müəllimim Elmira müəllimin yanına hazırlığa gedirdim. Bu fənni yaxşı qavramağımda mənə onun çox köməyi dəyib.