Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-14 13:43:00
Bu qidalar uşaqları aqressivləşdirir – NƏ ETMƏLİ?

Mütəxəssislər bəzi qidaların uşaqları aqressivləşdirdiyini bildirirlər. Uşaqların inkişafında düzgün qidalanma çox mühüm rol oynayır. Araşdırmalar göstərir ki, hətta uşaqların xarakterinin formalaşmasında da qidaların təsiri var.

 

AzEdu.az uşaqların aqressivliyinə səbəb ola biləcək 20 qidanı sizə təqdim edir:

 

1.Kolbasa

2.Qəhvə

3.Göbələk

4.Çipsi

5.Üzüm

6.Sosiska

7.Şokolad

8.Dondurma

9.Qazlı içki

10.Xəmir işləri

11.Dondurulmuş qida

12.Hazır şorbalar

13.Makaron

14.Tort

15.Popkorn

16.Çiy yumurta

17.Qızarmış toyuq qanadları

18.Fast food

19.Krem pendir

20.Həddindən artıq şəkər və yağlı qidalar

 

Uşaqlarda əsəb sisteminə təsir edən digər amillər də bunlardır:

 

- Səbirsiz və uşağı üçün həddindən artıq narahat olan valideynlər.

 

- Ailədaxili fikir ayrılığı və ailə üzvlərinin qəzəbli olması.

 

- Valideynlərin uşağın gözü qarşısında mübahisə etməsi və özünü yüksək səslə ifadə etməyə çalışması.

 

- Valideyn münasibətində uyğunsuzluq təzyiq, hədə-qorxu.

 

- Ailədə sərt qayda-qanun.

 

Bəs valideynlər bunların qarşısını almaq üçün nə etməlidir?

Əvvəlcə uşağın nəyə qəzəbləndiyini müəyyən etmək lazımdır. Sakit olun, qışqırmaqdan çəkinin və uşağınız qəzəbləndikdə onu cəzalandırmayın. Ən yaxşı hərəkət yolu ona məhəl qoymamaq və heç nə olmamış kimi davranmaqdır. Uşağınız özünə zərər vermədiyi müddətcə laqeydmiş kimi davranın. O, qəzəbləndikdə sizə qarşı mənfi fikirlər söyləyə bilər. Bu zaman uşağı dinləyib nitqinin bitməsini gözləyin. Ona kifəyət qədər vaxt ayırın və sevginizi göstərin. Uşağınızın çox yorğun, yuxusuz və ya ac olmamasına diqqət edin, xüsusən də onunla çölə çıxarkən daha diqqətli olmaq lazımdır. İstəklərini yerinə yetirmək üçün qəzəbli davranırsa, istədiyini bu şəkildə almasına icazə verməyin. Təcavüzkar, şiddətli televiziya proqramlarını, cizgi filmlərini, kompüter oyunlarını qadağan edin. Hadisələr qarşısında sakit davranış nümayiş etdirərək, uşağa nümunə olun.