Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-08 10:18:52
Qəzalı məktəblərin sayı AÇIQLANDI

AzEdu.az Respublika üzrə mövcud məktəblərin, müəllimlərin, şagirdlərin, 2023-24-cü tədris ilində 11-ci sinifi bitirənlərin və ali məktəblərə sənəd verənlərin, 2003-2023-cü illər ərzində tikilən və ya əsaslı təmir olunan məktəblərin sayı ilə bağlı statistik məlumatları təqdim edir:

 

 

Hazırda bütün ölkə üzrə 4439 məktəb var. Ümumi müəllim heyətinin sayı isə 125 min nəfərə yaxındır.

 

Respublika üzrə 1 600 000 təhsilalan mövcuddur. Bunlardan 220 min nəfər məktəbəqədər təhsil, 1.6 milyon ümumi təhsil, 33 min peşə təhsili, 60 min orta ixtisas təhsili, 220 min isə ali təhsilin payına düşür. Bu il 11-ci sinfi təhsilalanların sayı isə 98 643 nəfərdir.  

 

Bu il ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin ümumi sayı 101 489 nəfər təşkil edir. Həmin şəxslərdən 70304  nəfər ixtisas seçimi edib.

 

Bu il təmir olunan məktəb sayı 3670-dən çoxdur. Son 3 ildə 275 yeni məktəb tikilib, nəticədə qəzalı məktəblərin sayı 30 faiz azalaraq, 654-ə enib.