Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 14:10:51
Təhsil İnstitutudan metodist hazırlığı üçün seçim...

Elm və Təhsil Nazirliyinin Fəaliyyət Planındakı “Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi. Ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması” bəndinə əsasən müasir metodiki xidmətin qurulması prosesi davam edir. Bu məqsədlə ümumi təhsil müəssisələrində metodik xidməti həyata keçirəcək peşəkar metodist hazırlığı aparılır və metodist bazası yaradılır.

 

Təhsil İnstitutu 2023-cü ildə metodist hazırlığı üçün yenidən seçim elan edir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, hazırlanacaq metodistlərin ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərmələri planlaşdırılır. Müsabiqəyə ölkənin müxtəlif regionlarından olan və peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri qoşula bilərlər. Metodist olmaq üçün müraciət etmək istəyən namizədlərdən pedaqoji təhsil, ən azı 5 illik pedaqoji təcrübə, sertifikasiya balı (51 baldan yuxarı), İKT və xarici dil üzrə bilik və bacarıqlar tələb olunur.

 

Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibədən keçən şəxslər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.

Müraciətlər avqustun 25-dək qəbul olunur.