Azedu.az

Peşə hazırlığı kurslarına cəlb olunanların sayı açıqlandı

Peşə təhsili-faydalı məlumat və xəbərlər

31 İyul 2023, 11:19
Peşə hazırlığı kurslarına cəlb olunanların sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-iyun aylarında 6113 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

 

AzEdu.az xəbər verir ki, nazirliyin məlumatına görə, onlardan 3518 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Naxçıvan Peşə Hazırlığı Mərkəzlərində, 2595 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

 

Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunub.

 

Hazırlıq kurslarını uğurla bitirən müdavimlərdən 2311 nəfəri müvafiq sahələr üzrə işlə təmin olunub.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox