Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 11:15:41
Peşə təhsilinə maraq artıb - Dövlət Agentliyinin direktoru

Gənclərimiz peşə təhsili almağa maraqlıdırlar.

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, son 3 il ərzində peşə təhsilinə 30 faiz maraq artıb.

Onun sözlərinə görə, əgər 2018-ci ildə 13960 nəfər peşə təhsil müəssisələrinə qəbul olunmuşdusa, 2022-ci ildə bu rəqəm artıq 19000-i ötüb.


"Qəbul planında son üç ildə dövlət sifarişli yerlərin sayı 2021/2022-ci illərdə 14160, 2022/2023-cü illərdə 16040 olunb, 2023/2024-cü illərdə isə 18290-dır".


Ceyhun Kərəmov bildirib ki, yüksək texniki peşə (subbakalavr) təhsili səviyyəsinə son 3 ildə 1466 tələbə qəbul olub. Bu il ilk dəfə olaraq 2 qrup üzrə 25 tələbə yüksək texniki peşə təhsilindən məzun olub.