Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 10:47:38
MİQ-də ən böyük rəqabət bu 3 fənn üzrə GEDİR

Sabahdan - iyulun 22-si saat 11:00-dan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılır.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi (40 bal) ödəyən şəhid ailələrinin üzvlərinə verilir.

Bu namizədlər iyulun 25-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Daha sonra vakansiya seçimi digər namizədlərə də açıq elan olunacaq.

Elm və Təhsil Nazirliyinin statistikasına görə, builki MİQ müsabiqəsində 8860 vakant yer ğrunda 20427 namizəd seçim imkanı qazanıb.

Ən böyük rəqabət ibtidai sinif müəllimliyinə namizədlər arasında olacaq – 4514 nəfər 310 yeri tutmağa çalışacaq.

Rəqabət aparanların say çoxluğuna görə ikinci yerdə Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq istəyənlərdir. Bu fənn üzrə 546 vakant yerə 2361 namizəd seçim edəcək.

Tarix fənni üzrə də vakansiya az, namizəd isə çoxdur. Belə ki, vakansiyaya buraxılan 1635 namizəd 284 yer uğrunda mübarizə aparacaq.

 
A.Qorxmaz