Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-01 14:49:01
Rafiq Əliyevdən USTA BAXIŞ:  “Qarabağ məsələsi o vaxt tam həll olunacaq ki...”  


“Qarabağ hadisələri başlayanda, 1987-ci ilin sonu, 1988-ci ilin əvvəlində Qarabağ probleminin qeyri-səlis modeli yarandı. Çox maraqlıdır, tədqiqatçılar proqnoz vermişdilər ki, 1988-ci ilin 6 sentyabrında tətil olacaq. Camaat tətilə çıxacaq. hadisələrdən 6-7 ay qabaq hesablamışdılar”.

 


Bunu AzEdu.az-a müsahibəsində Texnika elmləri doktoru, professor Rafiq Əliyev deyib. O qeyd edib ki, konfliktologiyada qeyri-səlis məntiqin 18 konfliktolji modeli var:

 

 

“Həmişə demişəm ki, Qarabağın qara günü ATƏT-in Minsk qrupu yaranandan başladı. Qarabağ məsələsi o vaxt tam həll olunacaq ki, beynəlxaq fəzada optimal nöqtəni seçə biləcəyik. Optimal nöqtə masada tapılır. Ondan sonra meydanda həyata keçirilir. Düşünürəm ki, o nöqtə də düz tapılıb. Allaha şükürlər olsun. İstədiyimizin xeyli hissəsinə nail olmuşuq. Düşünürəm ki, qalan məqamlara da çatacağıq”.