
Müəllimlərin iyunun 20-24 tarixləri arasında keçirilmiş sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində cəmi 4 nəfər maksimal nəticə göstərə bildir.
Onlardan 2-ci ibtidai sinif müəllimi, 2-si Azərbaycan dili və ədəbiyyat müəllimidir. İkisi Salyan rayonunda, ikisi Bakı şəhərində çalışır.
AzEdu.az saytına açıqlamalarında müəllimlər sertifikasiyanın müsahibə mərhələsində də maksimal nəticə - 40 bal toplamaq niyyətində olduqlarını deyiblər:
Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva:
“İmtahan vaxtı təzyiqim qalxmışdı, həkimlər anında operativ müdaxilə etdilər. Təzyiqimi ölçdülər, dilaltı dərman verdilər, hətta birini də imtahan zamanı lazım olar deyə yanıma qoydular
60 bal toplamağı yox, 51-i keçməyi hədəfləmişdim. Mənim oxuduğum kitabları görsəniz, dəhşətə gələrsiniz”.
Salyan rayonu 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şahinə Məmmədova.
“Fərqlənməyi xoşlayıram. Hədəfim həmişə yüksək olub. Məktəb vaxtından yüksək nəticə göstərməyə can atırdım. Başqa peşədə çalışsaydım da, hədəfim yenə yüksək olardı. Övladlarımın, şagirdlərimin, valideynlərimin qarşısına fəxrlə çıxmaq istəyirəm”.
Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürova:
“Əslində özümdən 60 bal gözləyirdim. Sadəcə, kurrikulumdan hədsiz çətin, çaşdırıcı suallar vardı. Son anda "təsdiq et" düyməsinə basana qədər düşünürdüm ki, o suallardan ən azı 5 səhvim olar. Amma sonda 60 balı görə bildim, çox sevindim. Düşünürəm ki, doğrudan da tələsməməyin, fikirləşməyin, məntiqlə yazmağın rolu böyükdür”.
Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova:
“Sertifikasiya prosesi təkcə təhsilverənlərin peşəkarlıq səviyyəsini yoxlamaq üçün deyil, ümumi olaraq müəllimin özünü təsdiq etməsi baxımından önəmlidir. Bu həm motivasiyadır, həm də özünə inamın artaması üçün stimuldur. Və toplanan nəticələr şagirdlərimiz üçün də nümunədir. Müəllim şəxsiyyəti hər baxımdan nümunə olmalıdır”.
kitabı

_151.jpg)
_838.jpg)




