Azedu.az

"Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib

Məktəblər

17 Mart 2018, 09:47

Bu gün akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, müsabiqənin gedişini təhsil nazirinin müavini Firudin Qurbanov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva müşahidə ediblər.

İştirakçılar bu mərhələdə 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar.

Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox