Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 13:15:47
200-ə yaxın bağçaya yeni müdir təyinatı olacaq

200 bağça müdiri vəzifəsinin vakansiyası gözlənilir.


AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.

 

O bildirib ki, bu il ilk dəfə bağça müdirlərinin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçiriləcək.  

Hazırda 150-dən çox bağçada müdir vəzifəsi boşdur,  amma onların sayının 200-ə çatacağı istisna deyil.

İşə qəbul imtahanların bu yay keçirilməsi nəzərdə tutulub.