Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 10:20:00
Qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat tarixi DƏYİŞDİ

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.

 

AzEdu.az-ın məlumatına görə, DİM abituriyentlərin nəzərinə çatdırıb ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi 2023-cü ilin iyunun 5-dən 20-dək aparılacaq.

 

Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 25 may 2023-cü il tarixli 164 №-li Qərarına uyğun olaraq 26 iyun – 2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan Mərkəz tərəfindən imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.

 

Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.