Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-01 10:02:36
Nazirlik MİQ-də imtahansız iştirak edəcək müəllimlərə CAVAB VERDİ

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu (MİQ) üzrə builki müsabiqədə bəzi müəllimlər diaqnostik qiymətləndirmə nəticəsi ilə iştirak edə biləcəklər.

Maraqlıdır, həmin müəllimlərin diaqnostik qiymətləndirmə balları MİQ-in hazırkı bal sisteminə necə uyğunlaşdırılacaq?

Axı diaqnostik qiymətləndirmədə maksimum bal 60 idi, MİQ-də isə maksimum bal 100-dür.

Bir çox müəllimlər AzEdu.az saytına müraciət edərək soruşurlar ki, diaqnostik qiymətləndirmə balları müasir bal sisteminə - MİQ-ə necə uyğunlaşdırılacaq?

Əməkdaşımız MİQ-də diaqnostik qiymətləndirmə balı ilə iştirak edəcək müəllimlərin sualını Elm və Təhsil Nazirliyinə ünvanlayıb.

Nazirlikdən AzEdu.az-ın sorğusuna aşağıdakı cavabı veriblər:

“Ötən ildə olduğu kimi, cari ildə də diaqnostik nəticə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edəcək namizədlərin imtahan nəticələri proqram təminatı vasitəsilə 100 ballıq sistemə uyğunlaşdırılacaq”.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 2014-2017-ci illərdə aparılıb.