Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 17:44:00
Regionlar üzrə ən çox bal toplayanlar - Mil-Muğan bölgəsinin 9-CULARI

Dövlət İmtahan Mərkəzi (DİM) 9, 16 və 30 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


İmtahanların nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. 300 bal toplayan 9-culardan biri Bakı, digəri isə Naxçıvandakı məktəbin şagirdidir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış 9-cu sinif şagirdləri kimlərdir?
 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq bir sıra region üzrə məlumatı sizə çatdırmışıq.


Bu yazıda isə Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi Beyləqan, Saatlı, Sabirabad, İmişli rayonları üzrə ən yüksək bal toplayan 9-cu sinif şagirdlərinin adlarını diqqətinizə çatdırırıq. 

 

Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, həmin regionda buraxılış imtahanından ən yüksək nəticə göstərmiş şagird Saatlı rayonunu təmsil edən Səfərova Aysel Eldəniz qızıdır.


No description available.

Saatlı rayon Əlisoltanlı kənd M. Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Səfərova Aysel Eldəniz qızı - 289 bal.


***

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər üç nəfər  IX sinif şagirdini də təqdim edirik:

No description available.

Beyləqan şəhəri I Şahsevən kənd Ə. Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ələkbərova Aynur Cabbar qızı - 278 bal. 

*** 

No description available.

Sabirabad şəhər N. Nərimanov adına 2 saylı tam orta məktəb-liseyin IX sinif şagirdi Hüseynli Rəhimə Rafil qızı - 275 bal.

***

No description available.

İmişli şəhər 1 nömrəli məktəb-liseyin IX sinif şagirdi Ağayev Ruslan Ceyfun oğlu - 263 bal.