Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 15:46:25
Deputat: “Məktəblərdə şagirdlərin qiymətləri şişirdilir”

"Təhsildə sürətli inkişaf illüziyasından çıxmalıyıq".

 

AzEdu.az xəbər verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

 

O bildirib ki, 25 il əvvəl təhsil naziri çalışmış şəxslər də deyirdilər ki, təkamül yolunu gedirik:

 

"Amma sıçrayışlı inkişaf yolunu keçmiş təhsil sisteminə malik ölkələr var. Həmin ölkələri nümunə götürməliyik".

 

Millət vəkili qeyd edib ki, yenə də məktəblərdə şagirdlərin qiymətlərinin şişirdilməsi halları yüksəkdir.

 

"Qırmızı attestat alanların Gədəbəydə 15,34%, Goranboyda 23,5%, İmişlidə 18 %, Qazaxda 12%, Salyanda 13%, Sumqayıtda isə 6,6%-i 0-200 bal toplayıb. Digər tərəfdən hələ də kurrikulum anlayışını təhsil ictimaiyyəti həzm edə bilmir. Deyirlər kurrikulumlar ləğv edilməlidir, dövrün tələblərinə cavab vermir. Bunun məğzi başa düşülmür, əksər müəllimlər belə bunu qəbul etmir".