Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 12:50:03
AzMİU-da beynəlxalq alimlərin iştirakı ilə konfrans keçiriləcək

8-9 iyun 2023-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemlərində innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. 

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, konfransda Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdən, həmçinin respublikamızın müxtəlif ali təhsil ocaqlarından və istehsalatdan nümayəndələr iştirak edəcəklər. Konfransın bölmələrində “Memarlıq və inşaatda müasir texnologiyalardan istifadə məsələləri”, “Su təsərrüfatı sistemlərinin istismarında innovativ texnologiyalar”, “Mühəndis kommunikasiya sistemlərində innovativ texnologiyalar”, “Ətraf mühitin qiymətləndirilməsində müasir texnologiyalar” mövzusunda məruzələr dinləniləcək.

 

Konfrans onlayn formada keçiriləcək.

 

Tezis və məqalələr 26 may 2023-cü il tarixinədək aşağıdakı elektron ünvana göndərilməlidir.
E-mail: [email protected]

 

Konfransın təşkilat komitəsi tərəfindən təklif olunan məqalələrin “AzMİU-nun elmi əsərləri” məcmuəsində, “Web of science” və “Scopus” kimi bazalara daxil olan nüfuzlu jurnallarda dərc olunması nəzərdə tutulub.