Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 13:46:00
İşə qəbulda niyə xaricdə təhsil alanlara üstünlük verilir...

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə diplomların tanınması üçün aprel ayı üzrə 371 müraciət daxil olub. Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 49, maliyyə üzrə 49, bizensin idarə edilməsi üzrə 38, menecment üzrə 34, beynəlxalq münasibətlər üzrə 18 müraciətçi qeydə alınıb. Göründüyü kimi, bu ixtisaslar daha çox iqtisadi yönümlüdür.

Hazırda ölkə universitetlərində də bu ixtisasların yetəri qədər tədris olunduğunu nəzərə alsaq, gənclərimzin nə üçün xaricə üz tutduğunun səsəbini soruşa bilərik.

 

Təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlamasında mövzu ilə bağlı suallarımızı cavablandırıb.

 

 

“İlk növbədə xaricə təhsil almağa gedənlərin hansı ölkəyə, hansı universitetə müraciət etdiyinə baxmaq lazımdır. Bu diqqət olunmalı əsas məqamlardan biridir. İxtisaslara nəzər yetirdikdə görürük ki, xaricə gedənlər əsasən iqtisadiyyat sahəsi üzrə təhsil alanlardır.
Müraciət edənlər bu ixtisaslarda təhsil almağın və həmin diplomun təsdiqinin daha asan olacağını düşünürlər. Çünki menecment, maliyyə və s. kimi ixtisasların tədrisində istifadə olunan fənlərdə  eynilik mövcuddur. Bu da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomu tanımasında müsbət xüsusiyyət kimi çıxış edir”.

 

Ekspert qeyd edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomların tanınması məsələsində müəyyən dəyişikliklər edib. Əvvəl təhsil aldığınız ölkənin dili tələb olunurdusa, artıq belə bir tələb yoxdur.

 

“Diplomların tanınması üçün müraciət edənlərə nəzər yetirdikdə onların bir qisminin Rusiya, Ukrayna, Polşa kimi ölkələrdə təhsil aldığını görürük. Həmin ölkələr üçün müraciət olunan spesifik ixtisaslar mövcuddur.

Bəzən tələbələrimiz elə düşünürlər ki, seçdikləri ixtisas üzrə Azərbaycan universitetlərində tədrisin keyfiyyəti yetəri qədər deyil. Ona görə də onlar xarici dövlətlərə üz tuturlar”.

 

A.Vəliyevin fikrincə, tələbələrin xaricə üz tutması bir az da reputasiya ilə bağlıdır:

 

“Hazırda işə qəbul prosesinə nəzər saldıqda görərik ki, daha çox xaricdə təhsil alanlara üstünlük verilir. Çünki xaricdə yaşamış, təhsil almış insanların öz ixtisasları üzrə daha təkmil olduqları düşünülür. İstər düşüncə, istərsə də profesionallıq baxımından həmin şəxslər digərlərindəm seçilir”.