Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-10 12:09:00
58 yaşlı kişi həyətdə oynayan uşaqlara atəş açdı

ABŞ-ın Luiziana ştatının 58 yaşlı sakini Devid Doyl həyətində gizlənpaç oynayan uşaqlara atəş açmaq və 14 yaşlı qızı odlu silahla yaralamaqda ittiham olunur.


Azedu.az saytı xarici KİV-ə istinadən xəbər verir ki,hadisə Luiziana ştatının cənub-qərbindəki Starks icmasında baş verib.


Polis rəisinin verdiyi məlumata görə, həyati təhlükəsi olmayan 14 yaşlı qız xəstəxanaya çatdırılıb.

Daha sonra hadisə yerinə gələn əməliyyatçılar bir neçə uşağın ərazidə gizlənqaç oynadığını və qonşunun həyətində gizləndiyini öyrəniblər.

Detektivlər Doylla söhbət etdikdə o bildirib ki, evinin yaxınlığında kölgələri görüb  və odlu silahını götürmək üçün içəri girib. Daha sonra küçəyə qayıdıb, mülkündən qaçan şəxsləri görüb, onlara atəş açmağa başlayıb və “qızı bilmədən vurub”.