Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-06 08:30:14
Qəbul imtahanlarında bu qədər abituriyent iştirak edəcək - STATİSTİKA

I, II, III, IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.

AzEdu.az saytı xəbər verir ki, qeydiyyat 2023-cü il aprelin 14-dən başlamışdı və 5 may saat 23:59-da başa çatıb.

Bu müddətdə abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməli idilər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərdulər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.


AzEdu.az qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün DİM-də qeydiyyatdan keçmiş abituriyentlərlə bağlı son statistikanı təqdim edir.
Bu statistikada qeydiyyatdan keçmiş abituriyentlərin ümimi sayı sayı 79758 nəfər təşkil edir. Onlardan 72111-i Azərbaycan bölməsinin, 7647-si rus bölməsinin abituriyentləridir.

İxtisaslar üzrə imtahan vermək istəyən abituriyentlərin sayı aşağıdakı kimidir:

No description available.