Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 11:46:00
Dəyirmi masa: “Təlim fəaliyyətinin təşkilində müasir yanaşmalar” 

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji heyət üçün “Təlim fəaliyyətinin təşkilində müasir yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib.

 

Bu barədə intitutdan AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikasında təhsilin digər pillələri ilə yanaşı, məktəbəqədər təhsil sistemində baş verən müasir proseslər müxtəlifdir və bu sahədə yeni yanaşmaların tətbiqini və təlim prosesinin təşkili üçün yeni səmərəli formaların axtarılmasını tələb edir.

 

Məktəbəqədər təhsil uşaqların potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq, eləcə də həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

 

Bu baxımdan məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji heyətin işinə dəstək olmaq məqsədilə 28 aprel 2023-cü il tarixində Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 60 saylı uşaq bağçasında “Təlim fəaliyyətinin təşkilində müasir yanaşmalar” mövzusunda dəyirmi masa keçirilmişdir. Sumqayıt şəhərininin bütün məktəbəqədər təhsil müəssisələrini təmsil edən müəssisə rəhbərləri, metodist və tərbiyəçi-müəllimlərin iştirak etdiyi tədbirdə məktəbəqədər təhsil müəssisələrində təlimin səmərəli təşkili, təlimin keyfiyyətinin yüksəldilməsi və prosesin idarə olunması və s. ətrafında maraqlı müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.