Qusar rayonunun Bədirqala kəndində yol-nəqliyyat hadisəsi zamanı ölən piyada azyaşlı imiş.
AzEdu.az xəbər verdi Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Y.Əliyevi vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb:
"Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır".