Azedu.az

Qəzada xəsarət alan yeniyetmə xəstəxanada öldü

Hadisə

19 Avqust 2026, 10:16
Qəzada xəsarət alan yeniyetmə xəstəxanada öldü

Zaqatala rayonu ərazisində baş verən qəzada ağır xəsarət alan sərnişin xəstəxanada ölüb.

AzEdu.az xəbər verir ki, hadisə avqustun 14-də baş verib. Şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanov "Lada Priora" avtomobilinin sükanı arxasında idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.

Qəza nəticəsində sürücü M.Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri - 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdilər. Həkimlərin səyinə baxmayaraq T.Ramazanov avqustun 18-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bakını vurmaqla hədələdilər - Rusiya TV-sində şok sözlər
Son xəbərlərDaha çox