Azedu.az

17 yaşlı qız itkin düşdü

Hadisə

19 Avqust 2026, 16:47
17 yaşlı qız itkin düşdü

Sumqayıt şəhərində gənc qız itkin düşüb.

AzEdu.az-ın məlumatına görə, hadisə şəhərin 30-cu məhəlləsində baş verib. Şəhər sakini 2009-cu il təvəllüdlü Dəniz Elçin qızı Mansurlu avqustun 18-də, səhər saat 11 radələrində yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıb.

Yeniyetmənin ailə üzvləri hadisə barədə polisə məlumat verib. ​Dəniz Mansurlunu görənlərdən 0556151561 nömrəsi ilə əlaqə saxlamaları və ya Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?
Son xəbərlərDaha çox