Azedu.az

Rezidenturaya qəbul olunmaq istəyənlər sınaq imtahanı verdilər

30 Aprel 2023, 14:16
Rezidenturaya qəbul olunmaq istəyənlər sınaq imtahanı verdilər

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçirilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Sınaq imtahanı DİM-in Bakı şəhəri Nəsimi rayonu A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında kompüter vasitəsilə elektron formada keçirilib. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.

 

İmtahanda 90 nəfər iştirak edib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox