Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-16 13:21:38
Əlaçı tələbələr mükafatlandırıldı

Martın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) qış semestrində əlaçı olan, öz fakültəsi və kursu üzrə ən yüksək bal yığan tələbələrlə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından söz açıb.

Qeyd edilib ki, AzTU-da yüksək səviyyəli mütəxəssilərin yetişməsi üçün hər cür şərait yaradılıb. Qış semestrini yüksək balla başa vuran tələbələrin mükafatlandırılması universitetdə bir ənənə olaraq davam etdiriləcək. Fakültələr və həmin fakültələrin hər kursu üzrə ən yüksək ortalama bal yığan tələbələr bir ay ictimai müzakirələrə də təqdim olunublar. Belə ki, tələbələrin bal göstəricisi və fotoları universitetin “Facebook” səhifəsində (https://www.facebook.com/AzTUFAN/ ) yayımlanaraq ictimai müzakirəyə çıxarılıb.

Tədbirdə çıxış edən fakültə dekanları doqquz min tələbənin arasından hər fakültə üzrə dörd tələbənin seçilərək ictimaiyyətə təqdim olunmasını və bu yolla sağlam rəqabətin formalaşdırılmasını, eləcə də bilikli, savadlı gənclərin dövlət siyasətinə uyğun irəli çəkilməsini müsbət hal kimi dəyərləndiriblər. Qeyd olunub ki, imtahan nəticələri yüksək olanların təbliği digər tələbələri də təhsildə uğur qazanmağa sövq edəcək.

Sonra tələbələrə fəxri fərmanlar təqdim edilib.